Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün iki yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi Çexiya və Polşa klubları ilə qarşılaşıb.

“Qarabağ” əvvəlcə “Siqma”, daha sonra isə “Visla” (Plok) ilə üz-üzə gəlib. Ağdam klubu hər iki oyunda məğlubiyyətlə üzləşib.

“Qarabağ” Antalyadakı yoxlama oyunlarında Rumıniyanın “Akademika Klinçeni” klubuyla 2:2 hesabıyla bərabərə qalıb, Qazaxıstan “Jetısu”sunu isə minimal hesabla məğlub etmişdi -1:0.

Yoxlama oyunu
25 yanvar

Qarabağ – Siqma (Çexiya) 1:3
Qol: Musa Qurbanlı, 59.

Qarabağ: Vaqner da Silva, Araz Abdullayev, Filip Ozobiç, Hacıağa Hacılı, Faysal Rerras, Musa Qurbanlı, Nihad Tamazov, Abbas Hüseynov, Cavid Bayramov, Toral Bayramov, Maqaye Qeye

Qarabağ – Visla (Plok, Polşa) 2:3
Qol: Mahir Emreli, 18-pen. Xayme Romero, 52.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.