
“Qarabağ” uduzdu, “Zaqatala” darmadağına sevindi
- 16 Mar 2022 18:40
- 513
Azərbaycan Birinci Divizionunda 18-ci tura yekun vurulub. Rekord.az xəbər verir ki, bu gün daha iki görüş keçirilib.
“Zaqatala” doğma meydanda MOİK-i 4:1 hesabı ilə məğlub edib. “Qarabağ”ın ikinci komandası isə “Keşlə”nin əvəzedicilərinə minimal hesabla uduzub.
Birinci Divizion
18-ci tur
16 mart
Zaqatala – MOİK 4:1
Qol: Xəlil Bəşirov, 11; 25; 56. Hümbət Ələkbərov, 62 – Elvin Nəsibov, 16.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 13:00
Qarabağ-2 – Keşlə-2 0:1
Qol: Tərlan Quliyev, 11.
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüqar Bayramov, Elçin Məsiyev
Binə qəsəbə stadionu, 14:30
Turun digər oyunları
Qəbələ-2 – Səbail-2 4:0
Sumqayıt-2 – Neftçi-2 2:3
Qaradağ Lökbatan – Turan Tovuz 3:0
Sabah-2 – Zirə-2 2:0