Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turunda keçiriləcək “Qarabağ” – “Səbail” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 10 manat təşkil edir.

Satış məntəqəsi: “Azersun Arena”.

Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

Bu gün keçiriləcək oyuna saat 16:00-da start veriləcək.