Azərbaycan Premyer Liqasının 4-cü turunda keçiriləcək “Qarabağ” – “Şamaxı” qarşılaşmasının biletləri sabah - avqustun 27-də satışa çıxarılacaq.

Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bilet satışı saat 11:00-dan oyun başlayanadək davam edəcək.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri Iticket.az-dan və "Azersun Arena"nın kassalarından ala bilərsiniz.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.

“Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Şamaxı” matçına saat 20:30-da start veriləcək.