"Qarabağ" Premyer Liqanın 19-cu turunda "Sabah"la keçiriləcək oyunun hazırlığını davam etdirir.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün "Azərsun Arena"da növbəti məşqinə çıxıb.

Qeyd edək ki, martın 12-də keçiriləcək "Sabah" - "Qarabağ" matçı saat 19:00-da başlayacaq.