
"Qarabağ" "Sabah" önünə itki ilə çıxacaq
- 10 Fev 2023 10:00
- 459
Misli Premyer Liqasının XXII turu çərçivəsində "Sabah"la qarşılaşacaq "Qarabağ" oyuna ciddi itki ilə çıxacaq.
Rekord.az xəbər verir ki, son zamanlar əsas heyət oyunçusuna çevirilən Bəhlul Mustafazadə bu oyunda komandasına kömək edə bilməyəcək.
Buna səbəb onun sarı vərəqə limitini aşmasıdır.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" matçı fevralın 11-i, saat 17:00-da "Azersun Arena"da oynanılacaq.