Azərbaycan Premyer Liqasının 22-ci turunda keçiriləcək “Qarabağ” – “Sabah” qarşılaşmasının biletləri sabah 11:00-dan etibarən satışa çıxarılacaq.

Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Biletləri sabah yalnız iticket.az-dan onlayn ala bilərsiniz. Oyun günü isə biletlər iticket.az və “Azersun Arena”nın kassasında satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.