
“Qarabağ” sabah Antalyaya gedir
- 03 Yan 2023 20:40
- 402
“Qarabağ” qış təlim-məşq toplanışı üçün sabah Türkiyənin Antalya şəhərinə yola düşəcək.
Rekord.az xəbər verir ki, "Gloria Sports Arena"da məskunlaşacaq komanda 3 yoldaşlıq oyunu keçirəcək.
Ağdam təmsilçisi yanvarın 13-də "Rakuv" (Polşa), yanvarın 18-də isə “Çukariçki” (Serbiya) və “Poqon” (Polşa) klubları ilə üz-üzə gələcək.
Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.