“Qarabağ” yayda düşərgəsinə cəlb etdiyi Julio Romaonu qış fasiləsində icarəyə verə bilər.

Rekord.az xəbər verir ki, Qurban Qurbanov mövsümlərarası fasilədə 4 illik müqaviləyə imza atan yarımmüdafiəçinın ümumi durumundan narazıdır.

24 yaşlı braziliyalı ötən müddət ərzində əsas heyət uğrunda rəqabətə tab gətirməyib, əksər hallarda ehtiyatda qalıb, yaxud sonradan meydana çıxıb.

6 nömrəli formanı geyinən “sambaçı” yeni komandasının taktiki sxeminə uyğunlaşmağa da çətinlik çəkir,

Təcrübəli mütəxəssis Romaonun mövsümün qalan hissəsini başqa bir klubda keçirməsini, beləliklə, daha çox oyun praktikası qazanmasını istəyir.

Julio Romao 2020-ci ildən Portuqaliyada - “Santa Klara”da çıxış edib. O, 20 oyunda çıxış edib. Daha əvvəl isə Braziliyada Paranaense" və “Ponte Preta”nın formasını geyinib. (sportinfo.az)