“Qarabağ” bu gün Çempionlar Liqasında növbəti sınağına çıxıb.

Rekord.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsində Macarıstan çempionu “Ferentsvaroş”la qarşılaşıb.

Komandalar arasındakı ilk görüş Budapeşt şəhərində baş tutub. Qarşılaşmanı Portuqaliyadan hakimlər briqadası idarə edib.

“Ferentsvaroş” “Qarabağ” üçün tanış rəqib idi. Azərbaycan çempionu 2022-ci ildə ÇL-in 3-cü raundunda məhz bu komanda ilə qarşılaşmış və mərhələ adlamışdı (1:1, 3:1).

Elə bu oyunda da Ağdam klubu 3:1 hesablı əzmkar qələbə qazanmaqla yoluna davam edib. Cavab görüşü gələn həftə Bakıda baş tutacaq.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu

19 avqust

Ferentsvaroş - Qarabağ 1:3
Qollar: Barnabaş Varqa, 29 – Marko Yankoviç, 50. Kevin Medina, 67. Musa Qurbanlı, 85.
Baş hakim: Juan Pedro da Silva Pineyro (Portuqaliya).
“Ferentsvaroş Arena”.

Ferentsvaroş: 90. Denes Dibuş (k), 3. Stefan Qartenmann, 19. Barnabaş Varqa, 22. Qabor Salai, 23. Bençe Ötvös, 25. Çebralis Makreçkis, 28. Toon Raemakers, 36. Qabi Kaniçovski, 47. Kallum O`Dovda, 64. Aleks Tot, 75. Lenni Yozef.
Ehtiyat oyunçular: 63. Daniel Radnoti, 99. David Qrof, 5. Nabi Keyta, 7. Daniel Arzani, 8. Aleksandar Peşiç, 10. Conatan Levi, 16. Kristoffer Zakariassen, 21. Endre Batka, 27. İbrahim Sisse, 30. Şombor Qruber, 33. Kadu, 77. Barnabaş Naqi.
Baş məşqçi: Robbi Kin.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdulla Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabyan Buntiç, 3. Semi Mmae, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.