
“Qarabağ” - “Kəpəz” matçı 5 manata
- 07 Apr 2023 18:30
- 418
Azərbaycan Premyer Liqasının 29-cu turunda keçiriləcək “Qarabağ” - “Kəpəz” qarşılaşmasının biletləri sabah onlayn şəkildə satışa çıxarılacaq.
Rekord.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
Biletləri sabah yalnız iticket.az-dan onlayn ala bilərsiniz. Oyun günü isə biletlər @iticket.az və “Azersun Arena”nın kassasında satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.