
"Qarabağ" istədiyi pulu Andradeyı verə bilməyəcək
- 22 Apr 2022 14:00
- 694
Belı getsə. böyük ehtimalla Patrik Andrade "Qarabağ"dan ayrılacaq.
Rekord.az xəbər verir ki, buna səbəb klubun futbolçunun istədiyi məbləği ona vermək fikrində olmamasıdır.
İş ondadır ki. Ağdam klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq legioner futbolçu yeni müqavilə üçün daha yüksək maaş tələb edir. Hazırda illik gəliri 350 min dollar civarında olan yarımmüdafiəçi yeni müqavilə üçün illik 600 min dollara yaxın pul istəyir. Ağdam klubu isə büdcədəki balansı pozmamaq üçün bu qədər vəsiti Andradeyə vermək istəmir. Futbolçu istəyindən əl çəkməsə, böyük ehtimalla "Qarabağ"dan gedəcək.