"Qarabağ" yay təlim-məşq toplanışı üçün iyunun 22-də Avstriyaya yola düşəcək.

Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın Tirolda 3 yoldaşlıq oyunu nəzərdə tutulub.

Ağdam təmsilçisi iyunun 27-də "Ferentsvaroş" (Macarıstan), iyulun 1-i isə "Legiya" (Polşa) klubları ilə üz-üzə gələcək.

3-cü yoldaşlıq oyunundakı rəqib və həmin matçın vaxtı barədə daha sonra məlumat veriləcək.