
“Qarabağ” - “Gent”: Mətbuat konfransı və açıq məşqlərin vaxtı bilindi
- 13 Fev 2023 22:20
- 461
Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Gent” oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hər iki tədbir fevralın 15-də keçiriləcək:
18:00. “Qarabağ”ın mətbuat konfransı
18:30 “Qarabağ”ın mediaya açıq məşqi (İlk 15 dəqiqəsi)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu
19:45. “Gent”in mətbuat konfransı
22:00. “Gent”in mediaya açıq məşqi (İlk 15 dəqiqəsi)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu