Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Gent” (Belçika) oyununun biletləri bu gün saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Rekord.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 30, 40, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri:
- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- Park Bulvardakı “Qarabağ”ın Fan Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).