
“Qarabağ” - “Gent” matçına bu üç sektorda bilet qalıb
- 16 Fev 2023 13:44
- 438
Avropa Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Gent" oyununun biletləri tükənmək üzrədir.
Rekord.az xəbər verir ki, hazırda yalnız 5, 24 və 27-ci sektorların biletləri satışda var.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Biletləri iticket.az saytından və kassalardan ala bilərsiniz.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Gent” matçına saat 21:45-də start veriləcək.