Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Rekord.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.

149 xala malik Ağdam klubu ötən ayla müqayisədə 7 pillə irəliləyərək 62-ci sırada qərarlaşıb. Ölkə çempionu Argentinanın "Talyeres" (Kordoba) klubu ilə eyni xala malikdir.

Ağdamlılar Avropa təmsilçiləri arasında 40-cı, postsovet məkanında birinci olub.

Türkiyə komandalarından "Fənərbaxça" 162.5 xalla 46-cı, "Başakşəhər" 126 xalla 91-ci, "Trabzonspor" 115 xalla 112-ci, "Sivasspor" 129-cu, "Qalatasaray" isə 79.5 xalla 206-cıdır.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 313 xal), "Real" (İspaniya - 308) və "Palmeyras" (Braziliya - 263) qərarlaşıb.