"Qarabağ" darmadağınla 1/4 finalda!
- 21:00
- 24
Bu gün Azərbaycan kubokunda 1/8 finalın növbəti oyunları keçirilir.
Rekord.az xəbər verir ki, ikinci oyun gününün son matçında “Qarabağ” “Karvan-Yevlax”ı sınağa çəkib. Rəqibini darmadağınla yenən Ağdam təmsilçisi 1/4 finala yüksəlib.
Xatırladaq ki, daha öncə keçirilmiş oyunlarda “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0), “Şamaxı” “Baku Sportinq”i (1:0), “Sabah” “İmişli”ni (2:1) mübarizədən kənarlaşdırıb. Qalan 3 oyun sabah keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
“Qarabağ” – “Karvan-Yevlax” 3:0
Qollar: Nəriman Axundzadə, 80; 89. Elvin Yunuszadə, 83-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
“Azersun Arena”, 19:00.
Qarabağ: 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 18. Dani Bolt, 6. Kris Kuaku, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 32. Hikmət Cəbrayılzadə, 3. Sami Mmae, 2. Mateus Silva, 9. Xoni Montiel, 15. Leandro Andrade, 21. Aleksey Kaşuk, 35. Pedro Bikalyo.
Baş məşqçi: Qurban Qurbanov.
Karvan-Yevlax: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 42. İbrahim Qədirzadə, 14. Uğur Cahangirov, 2. Şakil Sno, 37. Mois Nqvisani, 3. Said İranxan, 8. Peter Kinqs, 10. Samuel Durrant, 21. İmani Barker.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 7. Araz Abdullayev, 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev, 12. Vitor Roşa, 11. Kayl Spens, 4. Olavale Doyeni.
Məşqçi: Füzuli Məmmədov.