"Qarabağ”"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçiriləcək “Sozopol Cup” turnirində iştirak edəcək.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 13-18 iyun tarixlərində Tsarevo şəhərində təşkil ediləcək turnirdə 12 komanda mübarizə aparacaq.


"Qarabağ" C qrupunda Bolqarıstan təmsilçiləri “Levski” (Sofiya), “Botev” (Plovdiv) və “Etar”la (Veliko Tarnovo) üz-üzə gələcək.


Qrup qalibləri və ikinci yeri tutan komandalardan ən yaxşı göstəriciyə sahib kollektiv yarımfinala vəsiqə qazanacaq.


“Sozopol Cup”


C qrupu


14 iyun “Etar” – “Qarabağ”


15 iyun “Qarabağ” – “Botev”


16 iyun “Qarabağ” – “Levski”