UEFA-nın iyulun 21-23-də keçirilən avrokubokların 2-ci təsnifat mərhələsinin ilk oyunlarında ən çox azarkeş toplayan matçların siyahısı açıqlanıb.


Rekord.az bu haqda “Football Meets Data”ya istinadən xəbər verir.


“Qarabağ”ın Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı Bakıda keçirdiyi Avroliqanın 2-ci təsnifat mərhələsinin ilk görüşüns 23 813 azarkeş izləyib. Bu göstərici ilə “Qarabağ” həftənin ən yüksək tamaşaçı sayına malik 5-ci komandası olub.


İlk dördlükdə isə “Fənərbağça” – “Qornik” (38 604), “Beşiktaş” – “Midtyulland” (31 471), “Hayduk” – “Pafos” (27 752) və “Tvente” - “Ferentsvaroş” (27 500) matçları qərarlaşıb.