Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” növbəti yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi Çexiyanın “Siqma” klubu ilə qarşılaşıb.

Olomouts təmsilçisi ilə görüş 1:3 hesabıyla bitib. Görüşdə “Qarabağ”ın yeganə qoluna Musa Qurbanlı imza atıb.

“Qarabağ” bu gün daha bir yoxlama oyunu keçirəcək. Ağdam təmsilçisi “Visla” (Plok) ilə üz-üzə gələcək.

“Qarabağ” Antalyadakı yoxlama oyunlarında Rumıniyanın “Akademika Klinçeni” klubuyla 2:2 hesablı bərabərə qalıb, Qazaxıstan “Jetısu”sunu isə minimal hesabla məğlub edib -1:0.

Yoxlama oyunu
25 yanvar

Qarabağ – Siqma (Çexiya) 1:3
Qol: Martin Hala, 23. Moymir Sitil, 61. David Zima, 89 – Musa Qurbanlı, 59

Qarabağ: Vaqner da Silva, Araz Abdullayev, Filip Ozobiç, Hacıağa Hacılı, Faysal Rerras, Musa Qurbanlı, Nihad Tamazov, Abbas Hüseynov, Cavid Bayramov, Toral Bayramov, Maqaye Qeye