
“Qarabağ” bu gündən başlayır
- 11 İyn 2023 19:30
- 332
“Qarabağ” FK bu gündən etibarən yeni mövsümün hazırlığına başlayacaq.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlığın ilk mərhələsi Bakıda baş tutacaq.
İyunun 22-də komanda hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq. Avstriya toplanışındakı rəqiblər və hazırlıq prosesinin müddəti barədə daha sonra məlumat veriləcək.