Sabah xeyriyyə oyununda Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək "Qarabağ"ın futbolçusu Qara Qarayev matçdan öncə təşkil olunan brifinqdə jurnalistlərə açıqlama verib.

Rekord.az xəbər verir ki, o, matçın əhəmiyyəti haqda danışıb: "Bu oyuna diqqət ayırdığı üçün hər kəsə təşəkkür edirəm. Türkiyə klubları ilə oynamaq bizim üçün motivasiyadır. Matçın mahiyyətini hər kəs bilir. Xüsusi qeyd etməli bir şey yoxdur. Zəlzələdən əziyyət çəkən insanlara yardım məqsədi daşıyır. Türkiyənin böyük klublarından olan "Qalatasaray"ı burada qonaq etmək həm "Qarabağ" üçün, həm də ölkə futbolu üçün əlamətdar hadisədir. Hər kəsi oyuna dəvət edirəm. Hər iki komanda üçün dəstək lazımdır. Oyunun çətinliyi, yaxud digər mahiyyəti haqda bir söz demək istəmirəm. Düşünürəm ki, sabahkı matç bütün azarkeşlərin zövqünü oxşayacaq".

Yarımmüdafiəçi oyuna çıxacaq heyətlə bağlı da fikirlərini bölüşüb: "Heyətlə bağlı hansısa çətinlik olacağını düşünmürəm. Çünki heyətimizin tam olub-olmamasından asılı olmayaraq gücümüzü azarkeşlərimizdən almışıq. Onların sayəsində tam heyət ola bilərik. Məcburiyyətdən belədir. Əksər oyunçularımız milli komandalardadır. Rotasiyalar qaçılmazdır. Amma buna baxmayaraq, "Qarabağ" adına oynayacayıq.  Türkiyənin ən yaxşı komandası olan "Qalatasaray"a qarşı".