"Qarabağ"ın futbolçusu Qara Qarayev növbəti dəfə milliyə dəvət almaması haqda danışıb.

Rekord.az-a açıqlama verən 30 yaşlı futbolçu de Byazinin qərarını belə şərh edib: "Xüsusi fikrim yoxdur, əvvəlki mövqeyimdə qalıram.Milli komandaya uğurlar arzulayıram, çünki bu, həm mənim, həm də bizlərin komandasıdır. Ona görə hər zaman uğur qazanmasını istəmişik. Futbolçu kimi də millinin uğur qazanması üçün çalışmışıq. Nə qədər alınıb-alınmadığını azarkeşlər deyə bilər. Dəvət almamağımı mənim üçün üzücü oldu və bununla heç vaxt razılaşmayacam. Amma danışılacaq bir məsələ də qalmayıb. Baş məşqçidir, öz qərarında qalıb. Hər kəsə uğurlar arzulayıram, uşaqlar da zədəsiz klublarının düşərgəsinə qayıdarlar".