
Qara karyerasını "Qarabağ"da bitirəcək?
- 24 İyn 2023 12:00
- 586
"Qarabağ"dakı əsas heyət yerini itirən Qara Qarayevin "Zirə"yə keçmək ehtimalı haqda yazmışdıq.
Lakin Rekord.az xəbər verir ki, Qurban Qurbanov ehtiyat varianat kimi Qaraya ehtiyacı olduğunu bildirib və futbolçu özü də indiki halından narahat olmadığı üçün Ağdam klubunda qalmağa razı olduğunu bildirib.
Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Qara ilə 3 illik yeni müqavilə bağlanacaq. Ümumiyyətlə, 31 yaşlı Qara elı karyerasını "Qarabağ"da da bitirmək istəyir. Buna görə də ehtiyatda qalsa belə, başqa kluba keçmək haqda düşünmür.