Qar voleybolu üzrə növbəti yarış keçiriləcək
- 10:32
- 32
Qar voleybolu üzrə Ölkə Kuboku keçiriləcək. "Rekord.az" xəbər verir ki, yarış həm qadınlar, həm də kişilər arasında keçiriləcək.
Kuok oyunları 24-25 yanvar tarixlərində Şahdağ Turizm Mərkəzində təşkil olunacaq. Turnirdə qadınlardan ibarət “Gəncə”, “AZERRAIL”, “Milli”, “Milli-2”, “Qaraqaya” klubları, kişilərdən ibarət isə “Gənclər”, “Qaraqaya”, “Baku Fires” və “AZERRAIL” komandaları iştirak edəcəklər.
Oyunlar dairəvi sistem üzrə keçiriləcək. Turnirin yekununda mükafatçılar turnir cədvəlində komandaların tutduqları yerlərə əsasən müəyyənləşdiriləcək.