“Qalatasaray” və “Fənərbaxça”nın futbolçusu saxlanıldı
- 14:20
- 27
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Metehan Baltacı saxlanılıb.
Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, mərc oyunlarında iştirak etməkdə ittiham olunduğu üçün tutulub.
Səhər saatlarında 50-yə yaxın şəxs mərc oyunları və danışılmış matçlarla bağlı tutulub. Onların arasında “Fənərbaxça”nın futbolçusu Mert Hakan Yandaş və keçmiş hakim Ahmet Çakar da var.