
“Qalatasaray” onu Fransa klubuna satdı
- 15 İyn 2023 19:45
- 371
Fransanın “Nant” klubu “Qalatasaray”dan icarəyə götürdüyü Mustafa Məhəmmədin transfer hüquqlarını alıb.
Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Fransa klubu bunun üçün “Qalatasaray”a 5,75 milyon avro ödəyib. 25 yaşlı forvardlaə 4 illik müqavilə imzalanıb.
Mustafa Məhəmməd 2022-ci ilin yayında icarə əsasında keçdiyi “Nant”da 51 oyuna 11 qol vurub. Misir yığmasının üzvü “Qalatasaray”da da 58 matça çıxıb, 17 qola imza atıb.