Rusiyalı mütəxəssis Aleksandr Tarxanov Avro-2024-də çıxış edən keçmiş SSRİ ölkələrinin şansını dəyərləndirib.

Rekord.az xəbər verir ki, o, Cənubi Qafqazda yer alan millilərin də şansına toxunub.

Maraqlıdır ki, Tarxanov Azərbaycanın adını çəkməyib: “Keçmiş SSRİ ölkələrinin millilərinin çıxışına xüsusi toxunmaq olar. Qazaxıstan, Gürcüstan və Ermənistan, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq onlar üçün çətin olacaq. Məsələn, Qazaxıstan ilk oyunda evdə Sloveniyaya uduzdu. Hələ onların qrupunda güclü Danimarka da var”.