
Qadzenin göndərilməsini Samir Abasov istəyib
- 31 Yan 2023 12:00
- 425
"Sumqayıt" Riçard Qadzenin göndərildiyini rəsmən açıqladı.
Hansı ki, Rekord.az hələ bir müddət öncədən bu haqda məlumat paylaşmışdı.
Səbəb isə futbolçunun komandanın Antalya toplanışına qatılmamasıdır. Əldə etdiyimiz məlumata görə, rəhbərlik hardasa yumşaq mövqe göstərərək futbolçuya şans verilməsini təklif edib. Lakin baş məşqçi Samir Abasov qətiyyətlə bildirib ki, Qadze adlı futbolçu ona lazım deyil.