"Beşiktaş"da icarə əsasında çıxış edən Miralem Pyaniç mövsümün sonunda müqavilə məxsus olduğu "Barselona"ya qayıdacaq.

Rekord.az xəbər verir ki, klubun idman direktoru Ceyhun Kaxancı yerli mətbuata açıqlamasında bosniyalı yarımmüdafiəçinin gələn mövsüm onlarla olmayacağnı bildirib.

Qeyd edək ki, Pyaniçin "Barselona" ilə müqaviləsi 2024-cü ilə qədərdir. 31 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 22 oyunda 4 məhsuldar ötürmə edib.