
Pulsuzluq: Antalya toplanışı baş tutmayan milli, İtaliyaya da gec gedəcək
- 15 Mar 2021 15:00
- 717
Bilindiyi kimi, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus"a məxsus stadionda təşkil olunacaq.
Bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.
Portuqaliya millisinin ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.
Rekord.az-ın məlumatına görə, komandamız İtaliyaya matçdan 2 gün öncə yollanacaq. Halbuki əvvəl bu səfərin 5 gün qabaq təşkil olunmas nəzərdə tutulmuşdu.
AFFA təsadüfən planı dəyişməyib. Federasiya yığmanın martın 15-də təlim-məşq toplanışı üçün Antalyaya getməsinə vəsait tapmadığı kimi, Apennin yarımadasında 5 günlük hazırlıq keçməsinə də pul əldə edə bilməyib. (sportinfo/az)