PSJ rəhbərliyi Messinin atasından narazıdır.

Rekord.az xəbər verir ki, buna səbəb onun klubdan gizlin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu ilə danışıq aparmasıdır.

Klub rəhbərliyinin fikrincə, ərəblər böyük pullar hesabına Messinin atasının ağlını başından almağı bacaraq, atası isə öz növbəsində oğluna Parisdən getmək üçün təzyiq göstərəcək.

Maraq üçün deyək ki, "Əl-Hilal" son olaraq Messiyə 230 milyon ödəməyə hazır olduqlarını bəyan ediblər.