
PSJ Poçettinonu istefaya göndərir
- 02 Fev 2022 12:42
- 448
PSJ baş məşqçisi Maurisio Poçettinonu istefaya göndərəcək.
Rekord.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Klub rəhbərliyi artıq 49 yaşlı mütəxəssislə məsələ ilə bağlı danışıqlar aparıb. Poçettinoya mövsümün sonunda komandadan göndəriləcəyi bildirilib.
Həmçinin xəbərdə o da qeyd olunub ki, PSJ baş məşqçi vəzifəsinə "Real"ın çalışdırıcısı Zinəddin Zidanı gətirmək istəyir.
Qeyd edək ki, Poçettino ötən ildən PSJ-yə baş məşqçilik edir.