PSJ futbolçusu Rafinya Alkantaranı komandadan göndərməyə hazırlaşır. 

Rekord.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 

Paris klubu 29 yaşlı yarımmüdafiəçini maddi baxımdan yük hesab edir. PSJ Alkantara üçün 5 milyon avro istəyir.

Qeyd edək ki, Alkantara ötən mövsümün ikinci yarısını icarə əsasında "Real Sosyedad"da keçirib.