
PSJ-nin sahibi superliqadan imtinadan danışdı
- 31 Mar 2022 16:20
- 498
PSJ prezidenti Nasser Əl-Xəlaifi Avropa Superliqasına qatılmaq üçün yüksəkməbləğli təklifi rədd edib .
Rekord.az "BBC Sport"a istinadən xəbər verir ki, o, bununla bağlı deyib:
“Əlbəttə, mən də böyük oyunlar oynamağımızı istəyirəm. Azarkeşlərin nə istədiyini bilirəm. Amma “kiçik klubsan, oyundan kənardasan” deyə bilmərik. Açıq sistem olmalıdır ki, orada hər kəsə hörmət olsun. Superliqadan 400 milyon avroya çek qəbul edə bilərdim. Məni dəvət etdilər. Mən isə yox deyəndə dedilər ki, dəvət etməyiblər.Yalnız özümü düşünə bilməzdim".