Fransanın PSJ klubunun müdafiəçisi Kolin Daqba koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçunun karantinə alındığı bildirilir.

PSJ-də daha öncə müdafiəçi Tilo Kererdə də koronavirus aşkarlanmışdı.