UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern”lə (Almaniya) ilk oyunu Fransanın PSJ klubunun yarımmüdafiəçisi Varren Zair-Emri üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, o, bu oyunda meydana çıxmaqla ÇL-in tarixinə düşüb.

Belə ki, Zair-Emri qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində iştirak edən ən gənc oyunçu adına sahib çıxıb. Fransalı futbolçu bunu 16 yaş 343-cü günündə bacarıb.

Xatırladaq ki, PSJ Münhen təmsilçisi ilə ilk oyunda 0:1 hesabıyla məğlub olub. Bu komandalar arasındakı cavab qarşılaşması martın 8-də Almaniyada baş tutacaq.