
PSJ Messini də itirdi - ÇL matçını buraxa bilər
- 10 Fev 2023 20:20
- 386
PSJ Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bayern”lə ilk oyununa ciddi itkilərlə çıxacaq.
Rekord.az xəbər verir ki, Paris klubunun argentinalı hücumçusu Lionel Messi sıradan çıxıb.
36 yaşlı futbolçu dizindən zədə alıb. Onun “Bayern”lə ilk oyunu buraxmaq ehtimalı var.
PSJ-nin digər hücumçusu Kilian Mbappe də zədə səbəbindən almanlarla qarşılaşmanı buraxacaq.
Xatırladaq ki, PSJ – “Bayern” matçı fevralın 14-də keçiriləcək.