Fransanın PSJ klubu futbolçusu Renato Sançesi icarəyə verib.


Rekord.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Panatinaikos”a keçib.


Portuqaliyalı oyunçu 2025/2026 mövsümündə Yunanıstan təmsilçisinin formasını geyinəcək.


Sançes 2024/2025 mövsümündə icarə əsasında Portuqaliyanın “Benfika” komandasında çıxış edib.