
PSJ Dembeleni niyə transfer etməyib?
- 19 Sen 2022 17:15
- 400
PSJ-nin direktoru Luis Kampus klubun "Barselona"nın futbolçusu Usman Dembele ilə niyə müqavilə imzalamadığını açıqlayıb.
Rekord.az xəbər verir ki, o, "France Football"a açıqlamasında deyib: “Dembele ilə müqavilə imzalamadıq, çünki o, cinah yarımmüdafiəçisidir və biz fərqli sistemdə oynayırıq.
Dembeleni bəyənirəm, o, əla futbolçudur. Amma bizim başqa planlarımız var idi”.
Qeyd edək ki, fransalı futbolçu La Liqada 6 matçda 2 qol vurub, 2 qolun ötürməsini verib.