Fransa çempionu PSJ ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Paris klubunun yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb.

Baldırından zədələnən futbolçunun vəziyyətinin ciddi olduğu bildirilir.

Verrattinin Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta” ilə oyunu buraxacağı bildirilir. PSJ turnirdə mərhələ adlasa, 27 yaşlı futbolçunun digər oyunlarda da iştirak edə bilməyəcəyi qeyd olunur.

PSJ-də daha əvvəl hücumçu Kilian Mbappe sıradan çıxıb.

“Atalanta” – PSJ oyunu avqustun 12-də keçiriləcək.