PSJ-nin futbolçusu Renato Sançes sıradan çıxıb.

Rekord.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi sağ ayağından zədə alıb. O, 10 gün məşqlərdən kənar qalacaq.

Qeyd edək ki, Renato Sançes bu mövsüm 6 oyunda 1 qol vurub.