
PSJ ÇL-də bunu bacaran ilk Fransa klubu oldu
- 14:40
- 36
PSJ 1992/1993 mövsümündə formatı dəyişdikdən sonra UEFA Çempionlar Liqasının finalına iki dəfə yüksələn ilk Fransa klubu olub.
Rekord.az “Opta Sport”a istinadən xəbər verir ki, bu turnirin yarımfinalında PSJ və "Arsenal" (İngiltərə) arasında baş tutan cavab qarşılaşmasından sonra reallaşıb.
Paris klubu ötən gün keçirilən görüşdə qələbə qazanaraq iki matçın nəticəsinə (1:0, 2:1) əsasən finala vəsiqə əldə edib.
Daha əvvəl Fransa klublarından Marsel “Olimpik"i (1991, 1993) və "Reyms" (1956, 1959) də finalda oynayıb. Lakin bu, turnirin köhnə formatda keçirildiyi dönəmlərə təsadüf edib.
Beləliklə, Luis Enrikenin baş məşqçisi olduğu komanda XXI əsrdə, eləcə də UEFA Çempionlar Liqasının bütün müasir tarixində Fransa klubları arasında ilkə imza atıb. Parislilər daha əvvəl 2020-ci ildə almaniyalı məşqçi Tomas Tuxelin rəhbərliyi altında finala yüksəlmişdi.
PSJ UEFA Çempionlar Liqasının finalında "İnter"lə qarşılaşacaq. Görüş mayın 31-də Münhendə baş tutacaq.