Prezident İlham Əliyev hücumçumuzu yeni mənzillə mükafatlandırdı
- 14:59
- 30
Dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim
keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə
iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra
Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman
mütəxəssislərinin mükafatlandırılması mərasimi oldu. Mükafat alanlar
sırasında Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi və milli
voleybolçumuz da olub.
Prezident İlham Əliyev Azərbaycanda idmanın
inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Zöhrab
Gözəlbəyliyə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı
vəsiqəsini təqdim etdi.
Dövlətimizin başçısı 2025-ci ildə yüksək
nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə, o
cümlədən qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu
Yelizaveta Rubana yeni mənzilin orderlərini təqdim etdi.
Sonra xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev idmançılarla söhbət etdi.