
Premyer Liqaya sonuncu vəsiqənin də sahibi məlum oldu
- 28 May 2023 11:46
- 334
İngiltərə Premyer Liqasına vəsiqə qazanan sonuncu komanda müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Luton Taun” növbəti mövsümdən Premyer Liqada mübarizə aparmaq hüququ qazanıb.
Sözügedən komanda bu mövsüm Çempionşipdə mövsümün əsas hissəsini 3-cü pillədə başa vurmuşdu. Bu üzdən də lutonlular elitaya vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazanıblar. Yarımfinalda “Sanderlend”lə qarşılaşan bu komanda səfərdə 1:2 uduzsa da, evdə 2:0 hesablı qələbə sayəsində finala yüksəlib. “Uembli” stadionunda baş tutan finalda isə mövsümü 5-ci yerdə vurmuş “Koventri” üzərindəki çətin qələbə (1:1, penalti 6:5) Luton təmsilçisini elitaya daşıyıb.
Xatırladaq ki, daha öncə Çempionşipdə çempion olan “Bernli” və ikinci yeri tutan “Şeffild Yunayted” elitaya yüksəlməyi bacarmışdı.