Premyer Liqaya yeni sponsorun tapılması məsələsi zaman-zaman müzakirə olunsa da, ortada konkret heç nə yoxdur. Baxmayaraq ki, bir ara PFL prezidenti Ramin Musayev böyük şirkətlərdən biri ilə ilkin razılığa gəlindiyini də açıqlamışdı. Lakin sonradan bu məsələdən xəbər çıxmadı.

Rekord.az xəbər verir ki, son zamanlar “Pasha Holding”in də adı Premyer Liqaya sponsorluqda hallanır.

Məsələ ilə bağlı rəsmi mövqe öyrənmək üçün PFL-in mətbuat xidmətinin katibi Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Qurum rəsmisinin məsələ ilə bağlı açıqlaması belə oldu: “Son illərdə bu məsələ ilə bağlı bir neçə şirkətin adı hallanıb. Amma deyim ki, bu günə qədər ortada konkret heç nə yoxdur. Bir şirkətlə ciddi söhbətimiz, hətta razılığımız da olmuşdu. Lakin pandemiya işləri korladı. Çünki iş yerləri bağlandı, müxtəlif şirkətlərin gəlirləri də azaldı. Sizin qeyd etdiyiniz şirkətlə bağlı isə şəxsən məndə hansısa məlumat yoxdur. Bu tip danışıqları rəhbərlik aparır. Amma deyim ki, sponsor məsələsi bizim üçün aktual olaraq qalır”.