İspaniyanın “Alaves” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Vest Hem” klubunun qapıçısı Roberto Ximenesi heyətinə qatıb.

Bu barədə “Alaves”in mətbuat xidməti məlumat yayıb. 33 yaşlı ispaniyalı qolkiper mövsümün sonuna kimi icarəyə götürülüb.

Vaxtilə İspaniyanın aşağı yaş qrupları üzrə bütün yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayan Roberto, “Vest Hem”ə ötən il “Espanyol”dan keçib. O, karyerası ərzində “Atletiko”, “Ximnastik”, “Saraqosa”, “Olimpiakos”, “Malaqa” kimi klublarda da forma geyinib.