
Premyer Liqada yanvarın ən yaxşı məşqçisi də bilindi
- 04 Fev 2022 21:53
- 456
Futbol üzrə İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, “Vulverhempton”un çalışdırıcısı Bruno Laje ötən ayın ən yaxşısı elan olunub.
Onun çalışdırdığı kollektiv yanvarda keçirdiyi üç oyunun hamısında qələbə qazanıb.
Xatırladaq ki, Premyer Liqada yanvar ayının ən yaxşı oyunçusu isə “Mançester Yunayted”in qapıçısı David De Xea seçilib.