Futbol üzrə İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu ada “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner layiq görülüb.


Avstriyalı mütəxəssisin komandası sentyabrda keçirdiyi 3 çempionat matçında 2 qələbə qazanıb, 1 heç-heçə edib.


“Kristal Pelas” hazırda 12 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.


Qlasner 2024-cü ilin əvvəlindən İngiltərə klubuna rəhbərlik edir.